Bu gün Fransanın keçmiş prezidenti Jak Şirakla bağlı Parisdə məhkəmə prosesi başlayır. O, korrupsiya ittihamı ilə üzləşib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, 1995-2007-ci ildə Fransanın prezidenti olmuş Şirakla bağlı ittiham təsdiqlənsə, onu 10 ilə qədər həbs cəzası və 150 min avroluq cərimə gözləyir.
Məhkəmə başlanan zaman Şirakın vəkilləri bildiriblər ki, səhhətində problemlər yaşaması 78 yaşlı keçmiş prezidentin məhkəmədə iştirakını əngəlləyə bilər. O, bir neçə il əvvəl aldığı zədədən uzun müddət əziyyət çəkib. Bu halda məhkəmənin Şirakın səhhətinin bərpa olunmasını gözləməsi mümkündür.
|