Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub. Məlumatı “KƏLAMİNFO”ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib.
Məlumata görə, baş prokuror Zakir Qaralovun əmri ilə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Ramiz Rzayev Bakı şəhər Prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin böyük prokuroru vəzifəsinə təyin olunub.
Baş prokurorun digər əmri ilə Nizami rayon prokurorunun köməkçisi Günel Əkbərova isə tutduğu vəzifədən azad olunub, ona Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsinin icrası həvalə edilib.
|