“Avropa Şurası Venesiya Komissiyasının Azərbaycanda QHT-lərlə bağlı hansı qanun layihəsini müzakirə edəcəyi bizə hələ ki bəlli deyil”. Bu barədə “KƏLAMİNFO”ya Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat katibi Səfər Alışarlı söyləyib.
Şura sözçüsünün sözlərinə görə, keçən il qanuna dəyişikliyin olunması müsbət nəticə verdi. “Həmçinin QHT-lərin auditə cəlb edilməsi bu sahənin inkişafına təkan verəcək. Bununla yanaşı, auditə çıxanda hökumətin QHT-lərə güzəşti öz bəhrəsini verəcək”,-deyə o əlavə edib. S.Alışarlı bu il hansı layihənin müzakirə ediləcəyindən isə xəbərsiz olduğunu vurğulayıb.
|