Azərbaycan Dövlət Neft Fondu (ARDNF) xarici bazarlarda ayrı-ayrı şirkətlərin səhmlərinin alınmasını artırmaq niyyətində deyil. “KƏLAMİNFO” xəbər verir ki, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş.Mövsümovun sözlərinə görə, hazırda dünya maliyyə bazarlarında vəziyyət qeyri-sabitdir və sabitlik bərpa olunmayana qədər ARDNF səhmlərin alınmasına vəsait yönəltməyəcək.
Qeyri-sabit vəziyyətin nə vaxta qədər davam edəcəyini məlum olmadığını bildirən Ş.Mövsümov bəyan edib ki, hazırda Fond səhmlərin alışı istiqamətində gözləmə mövqeyi tutub.
|