İraqda baş verən bir neçə partlayış nəticəsində azı 14 nəfər ölüb. “KƏLAMİNFO” “Associated Press”ə istinadən xəbər verir ki, ölənlər arasında 8 polis zabiti və 1 hərbçi var.
Partlayışlardan biri Bəsrə şəhərində baş verib. İntiharçının şiə məscidi yaxınlığında törətdiyi həmin partlayışda 4 adam ölüb, onlarla adam yaralanıb. Digər partlayışlar isə Fəlludca, al-Karme və paytaxt Bağdadda törədilib.
|