“Forbes” jurnalı “dünyanın ən güclü 100 qadını” siyahısında birinciliyə Almaniyanın baş naziri Angela Merkeli layiq görüb. “Azadİnform” CNN-ə istinadən xəbər verir ki, Merkel bu posta qlobal iqtisadi böhran, Orta Şərq, Vikiliks kimi məsələlərdə böyük ustalıq göstərdiyi üçün layiq görülüb.
Merkeli siyahıda ABŞ-ın dövlət katibi Hilari Klinton izləyir. Dünyanın ən güclü üçüncü qadını isə Braziliyanın dövlət başçısı Dilma Rusefdir. ABŞ–ın birinci ledisi Mişel Obama siyahıda 8-ci yeri, İngiltərə kraliçası II Elizabeta isə 49-cu yeri tutub.
Dünyanın ən güclü 100 qadının ümumilikdə 30 trilyon dollarlıq sərvəti var.
|