Ərəb Dövlətləri Liqası (ƏDL) Liviya Milli Keçid Şurasını Liviya xalqının qanuni nümayəndəsi kimi tanıyıb. “Azadinform” "Royter" agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Nabil əl-Ərəbiyə məlumat verib. Əl-Ərəbinin sözlərinə görə, Liviya Milli Keçid Şurasına Ərəb Dövlətləri Liqasında daimi nümayəndə yeri veriləcək.
|