Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirlikdən “KƏLAMİNFO”ya bildiriblər ki, 24.08.2011-ci il tarixində nefrologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 92 həkim imtahan verib. İmtahanlarda iştirak edən həkimlərdən 86 (94%) nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları ftiziatriya və pediatriya ixtisasları üzrə 07.09.2011-ci il tarixində keçiriləcək.
|