Cari ilin sonuna qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət (DQİDK) etməyən dini icmalarla bağlı müvafiq tədbirlər görülücək. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov söyləyib.
“Dini etiqad azadlığı haqqında” AR Qanununu xatırladan H.Orucov əlavə edib ki, qeydiyyatdan keçməyən icmalar üçün qanunda nəzərdə tutulan müvafiq maddə tətbiq ediləcək. Onun sözlərinə görə, növbəti ilin yanvarın 1-dən etibarən onların fəaliyyətinin dayandırılmasına baxılacaq.
|