Nyu-York məhkəməsi Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross Kan üzərindən zorlama ilə bağlı bütün ittihamları ləğv edib. “KƏLAMİNFO” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə qərarı ali məhkəmənin hakimi Maykl Obus çıxarıb. Bununla da BVF-nin eks-rəhbərinə qarşı cinayət işi başa çatıb. Qeyd edək ki, bir neçə gün əvvəl Nyu-York prokurorluğu məhkəmədən Kan üzərində bütün ittihamların ləğv edilməsini xahiş edib. Xatırladaq ki, Kan otel xidmətçisi olan qaradərili qadını zorlamqda ittiham olunurdu.
|