Azərbaycanla Gürcüstan arasındakı keçid yolunu bir neçə metr dərinliyində su basıb. Bu barədə "KƏLAMİNFO" "Georgi-online"-a istinadən xəbər verir. Gürcüstanın Kaxeti regionunun qubernatoru Georgi Qviniaşvili bərpa işlərinin elə bu gündən başlayacağını bildirib.
Qeyd edək ki, fəlakət bu gecə Kaxetidə baş verib. Region kəndləri tamamilə su altında qalıb. Hökumət həm də zəlzələ zonası sayılan bu ərazidən sakinlərin köçürüləcəyini bəyan edib.
|