2010-2011-ci il tədris ilini qızıl və gümüş medallarla başa vuran məzunlar yüksək balla Azərbaycan və digər ölkələrin ali məktəblərinə qəbul olublar. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil nazirinin təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında imzaladığı əmrində qeyd edilib.
Qeyd olunub ki, Azərbaycanın təhsil tarixində ilk dəfə qızıl medala layiq görülən 37 nəfər, gümüş medalla təltif olunan 16 nəfər məzundan 49-u respublika, 4 nəfəri isə xarici ölkələrin ali məktəblərinə yüksək balla qəbul olunublar.
|