Bu gün Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanları keçirilir. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, imtahanlar ümumi cərrahiyə və anesteziologiya – reanimotologiya ixtisasları üzrədir.
Qeyd edək ki, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvar ayında start verilib. Sertifikasiya prosesinin birinci mərhələsində tibb mütəxəssislərinin hər biri ixtisaslarına uyğun test imtahanlarında iştirak edirlər. Birinci mərhələdən müvəffəqiyyətlə keçən tibb mütəxəssisləri ikinci mərhələyə - müsahibəyə dəvət olunurlar. Test imtahanları Səhiyyə Nazirliyinin Respublika Elmi-Tibbi Kitabxanasının binasında keçirilir.
|