Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision–2012” mahnı yarışmasında iştirak etmək istəyən Albaniya, Bolqarıstan, Böyük Britaniya, İrlandiya, Makedoniya, Malta, Moldova, Latviya, Litva, Polşa, Rusiya, Serbiya və Ukraynanın da adları təsdiqlənib. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, bu ölkələrin də müsabiqədə iştirak istəyi təsdiqləndikdən sonra 2012-ci il müsabiqəsinin iştirakçılarının sayı 42-yə çatıb.
Qeyd edək ki, bunlar Azərbaycan da daxil olmaqla Almaniya, Albaniya, Avstriya, Böyük Britaniya, Belçika, Belarus, Bosniya-Herseqovina, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, İsveç, İsveçrə, İsrail, İtaliya, İspaniya, İrlandiya, Yunanıstan, Kipr, Türkiyə, Gürcüstan, Latviya, Litva, Macarıstan, Makedoniya, Malta, Moldova, Niderland, Norveç, Polşa, Xorvatiya, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, Serbiya və Ukraynadır.
Xatırladaq ki, 57-ci “Eurovision” mahnı müsabiqəsi Bakıda 2012-ci ilin mayın 22-si, 24-ü və 26-da keçiriləcək.
|