ABŞ Prezidenti Barak Obama ölkənin Minnesota, Ayova və İllinoys ştatlarında seçicilərlə görüşmək üçün avtobus turuna çıxıb. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən bildirir ki, 2012-ci ildə keçiriləcək prezident seçkilərində bu ştatların səsi həlledici rol oynaya bilər. Qeyd edək ki, Obama vətəndaşların ABŞ iqtisadiyyatının durumu haqqında fikirlərini eşitmək və onlarla işsizliyin azaldılması yollarını müzakirə etmək niyyətindədir.
|