Bu gün Qazaxıstan paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qeyri-rəsmi sammiti işə başlayıb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın dövlət başçıları Əfqanıstan və Pakistanda fəaliyyət göstərən “Taliban” qruplaşmasının Mərkəzi Asiyadakı vəziyyətə təsirini müzakirə edəcəklər. O cümlədən Yaxın Şərq və Şimali Afrikadakı inqilablar diqqətdə olacaq. Sammit gedişində Rusiya prezidenti Dmitri Medvedyevin erməni həmkarı Serj Sarksiyanla görüşü də nəzərdə tutulub.
|