Sentyabrın 28-30-u tarixlərində Bakıda “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans AMEA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-dan veriblər. Konfrans “Xalq Cümhuriyyətinin qurulması ərəfəsində Azərbaycan”, “Azərbaycan Xalq Cümhuriyyəti - şərqdə ilk hüquqi, dünyəvi, demokratik respublika” və “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” bölmələri üzrə fəaliyyət göstərəcək.
|