Sənaye və Energetika Nazirliyinin müraciətinə əsasən, Avropa Komissiyasının İNOGATE Proqramı çərçivəsində SEMİSE layihəsi tərəfindən texniki dəstək kimi “Azərbaycanın Xəzər dənizi ərazisində külək enerji potensialının öyrənilməsi” layihəsi icra olunur. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, artıq sonuncu hesabatın layihəsi hazırdır və sənədin təqdimatı sentyabrın 1-nə planlaşdırılır. Tədbirdə layihənin danimarkalı ekspertləri Kim Jansen və Jesper Thisen, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Energetika Elmi Tədqiqat Layihə İnstitutunun nümayəndələri iştirak edəcəklər.
|