Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə bu gün xarici işlər naziri Əhməd Davudoğlunun paytaxt Dəməşqdə Suriya prezidenti ilə görüşü gözlənilir.
“KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Davudoğlunun görüşü haqqında məlumatı Ankarada keçirdiyi mətbuat konfransında hökumət sözçüsü Bülənt Arınc verib. Arıncın verdiyi açıqlamada Davudoğlunun Suriyaya iki tələb aparacağını bildirib: “İnsan itkisinin qarşısı alınmalı və demokratik islahatlar tələbləri yerinə yetirilməlidir. Rəsmi Ankara Ramazan ayında silahlı qarşıdurmaların davam etməsi və günahsız insanların öldürülməsindən narahatdır” - deyə nazir vurğulayıb.
|