Yaxın vaxtlarda Şəhidlər xiyabanı yaxınlığında bir neçə istiqamətə çıxışı olan yeraltı piyada keçidinin inşasına başlanılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, bu istiqamətdə yeraltı piyada keçidi yol hərəkətinin təhlükəsizliyi baxımından zəruridir.
Hazırda Bakının bir çox yerində yeraltı piyada keçidləri tikilir. Ümumiyyətlə, 2012-ci ilədək Bakının mərkəzi hissələrində 75 yeraltı keçidin inşası nəzərdə tutulur. Həmçinin avtomobil dayanacaqlarının inşası da planlaşdırılır.
|