Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”a nazirliyin mətbuat xidmətindən veriblər.
Belə ki, avqustun 3-də allerqologiya, otorinolarinqologiya və travmatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 43 həkim iştirak edib. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 38 nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları epidemiologiya və gigiyena ixtisasları üzrə avqustun 10-da keçiriləcək.
|