Avqustun 10-11-i tarixlərində Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasını imzalayan ölkələrin iclası keçiriləcək. İclasa Azərbaycan nümayəndə heyəti də qatılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
İclasda 2 protokolun imzalanması nəzərdə tutulur. Tədbirdə Azərbaycan nümayəndə heyətinə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev başçılıq edəcək.
Qeyd edək ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası 2003-cü il noyabrın 4-də Tehranda imzalanıb. Xəzəryanı ölkələrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan daxildir.
|