Avqustun 16-18-i tarixlərində Çində “İnternet Texnologiyaları və Tətbiqləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Azərbaycan tərəfi də iştirak edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.
Azərbaycandan AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev “Sosial şəbəkə texnologiyaları elektron dövlətin əks əlaqə mexanizmi kimi” adlı məruzə ilə çıxış etmək üçün plenar məruzəçi qismində dəvət olunub.
|