Türkiyə Yüksək Əsgəri Şura toplantısı tamamlanıb. “KƏLAMİNFO” xəbər verir ki, prezident Abdulla Gül təqdim olunan qərarları təsdiq edib. Ordu generalı Necdət Özəl Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunub. Bundan başqa, ordu generalı Hayri Kıvrıkoğlu Quru Qoşunları komandanı, ordu generalı Mehmet Ərdəm Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Bəkir Kalyonçu Jandarma Qüvvələri komandanı, ordu admiralı Emin Murad Bilgel Hərbi Dəniz Qüvvələrinin komandanı təyin ediliblər.
|