Cari ilin noyabr ayında ölkəmizdə xarici ölkələrin film həftələrinə start veriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan kinoteatrlarında nümayiş olunacaq xarici filmlər Azərbaycan dilinə dublyaj olunaraq göstəriləcək.
Qeyd edək ki, ilk olaraq Rusiya kino həftəsinin keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırda həmin ölkə ilə danışıqlar aparılır.
Xatırladaq ki, xarici ölkələrin kino həftələri çərçivəsində nümayiş etdiriləcək filmlərin mətnləri əvvəlcədən ölkəmizə göndəriləcək. Tərcümələr başa çatdıqdan sonra isə “Xarici ölkələrin kino həftələri”nə start veriləcək.
|