Bu gün Bakıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin toplantısı başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən toplantını MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov açaraq Silahlı Qüvvələrin beynəlxalq əməkdaşlıq fəaliyyətini geniş təhlil edib.
Toplantıda Silahlı Qüvvələrin ikitərəfli əməkdaşlıq fəaliyyəti, hədəflər, əsas istiqamətlər və prioritetlər müzakirə edilib, aparılan islahatlardan danışılıb. Bundan başqa, Azərbaycanın müdafiə sənayesinin potensialı və başqa məsələlər haqqında hesabat verilib və müzakirələr aparılıb.
Qeyd edək ki, toplantı avqustun 5-dək davam edəcək.
|