“Bəzi şiə məscidlərində sünnilərə “Təvvərrük” namazının qılınmasına, sünni məscidlərində isə Məhərrəmlik ayının qeyd olunmasına imkan verilmir. Belə şeylər yolverilməzdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. O, həmçinin Ramazan ayında təqvimlə bağlı problemlərin təkcə Azərbaycanda deyil, digər İslam ölkələrində də müşahidə olunduğunu söyləyib. Onun sözlərinə əsasən, bəzi məscidlər Qafqaz Müsəlmanları İdarəsinin təqvimi, bəziləri isə digər təqvimlərlə bayramı keçirir. Bu isə məscidlərdə azanın verilməsində vaxt fərqi yaradır. Komitə sədri tövsiyə edib ki, QMİ-nin təqvimindən istifadə olunsun.
|