Bu il ali məktəblərə qəbul imtahanlarında respublika üzrə 4 məzun ən yüksək nəticə əldə edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “KƏLAMİNFO”ya verilən məlumasta görə, 700 bal toplayanların hamısı İdarənin tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarıdır. Həmin şagirdlər 287 saylı “Zəkalar liseyi”nin məzunu Əliyev Əli, 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva, 169 saylı məktəbin məzunu Ləman Məmmədova və 263 saylı məktəbin məzunu Cahandar Camallıdır.
|