Birləşmiş Ştatların Birminhem şəhər məhkəməsi prezident Barak Obamanı öldürməklə hədələməsinə görə Özbəkistan vətəndaşı 22 yaşlı Uluqbəy Kodirova qarşı ittiham irəli sürüb. «KƏLAMİNFO» «ITAR TASS»-a istinadən xəbər verir ki, Kodirov, həmçinin silah əldə etməkdə və ABŞ-da qeyri-qanuni yaşamaqda ittiham olunur. Prokurorluq bildirib ki, Kodirov iyul ayının 13-də Alabama ştatının otellərinin birində silah almağa cəhd edərkən həbs olunub. Özü də o, bu silahı FTB agentindən almaq istəyirmiş. O, həmin agentlə söhbətində Obamaya necə sui-qəsd edəcəyini açıqlayıbmış.
Kodirov tələbə vizası ləğv olunan vaxtdan - 2010 ilin aprel ayından ABŞ-da qeyri-leqal yaşayır.
|