Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan iyulun 27-də Azərbaycana səfərə gələcək. “Azadinform” Türkiyə Baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində R.T.Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli və nümayəndə heyətləri çərçivəsində görüşləri planlaşdırılır.
“İyun ayının 12-də keçirilən seçkilərdən sonra baş nazir Ərdoğan ikinci xarici səfərini qardaşlıq və dostluq əlaqələrinə sahib olduğumuz Azərbaycana gerçəkləşdirir”- deyə məlumatda bildirilib.
Görüşmələrdə Türkiyə və Azərbaycan arasında ikitərəfli əlaqələrin gündəmində yer alan məsələlərlə yanaşı hər iki ölkənin ortaq maraqlarına uyğun olan regional və beynəlxalq vəziyyət dəyərləndiriləcək.
|