İran Mərkəzi Bankı milli məzənnənin denominasiyasını keçirmək niyyətindədir. Bu barədə “Azadinform” İran mətbuatına istinadən xəbər verir. Ölkənin Mərkəzi Bankının veb-saytında xüsusi bölmə-forum açılıb və vətəndaşlara milli məzənnə üçün təklif edilmiş adlardan birini seçmək təklif olunur.
Təkliflər arasında indiki rialdan başqa, duman, parsi və derik pul vahidləri yer alıb. Yaxın vaxtlarda dövriyyəyə buraxılacaq yeni valyuta, Mərkəzi Bankın təklifinə əsasən, dörd sıfırdan məhrum olacaq. Məsələn, 100 000 rial təxminən 9 dolların ekvivalenti olacaq. Qanun layihəsi parlamentə yönəldilməmişdən öncə vətəndaşlar arasında sorğu keçiriləcək.
|