Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edənlərin qeydiyyat müddəti başa çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın mətbuat katibi Azər Sarıyev verib.
A.Sarıyev bildirib ki, ümumilikdə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkiləri müşahidə etmək üçün MSK-da qeydiyyatdan keçənlərin sayı 1138-dir. “Bunlardan 802-i öz təşəbbüsü ilə qeydə alınanlardır. 176 nəfər QHT-lər tərəfindən, yerdə qalanlar isə siyasi partiyalar tərəfindən irəli sürilən müşahidəçilərdir”,-deyə A.Sarıyev vurğulayıb.
A.Sarıyev Dairə Seçki Komissiyaları çərçivəsində müşahidə aparmaq istəyənlərin isə qeydiyyatının davam etdiyini, bu prosesin seçkilərə 5 gün qalana kimi davam edəcəyini söyləyib.
|