Azərbaycanda “Turizm haqqında” yeni qanun layihəsi hazırlanacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat prezidentin təsdiq etdiyi Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub.
Tədbirlər Planında qeyd edilib ki, yeni qanun layihəsi bu ilin avqust-sentyabr aylarınadək hazırlanaraq Milli Məclisə təqdim edilsin. İşin icraçıları Mədəniyyət və Turizm və Ədliyyə nazirlikləri olacaq.
|