Misirin sabiq prezidenti, kütləvi xalq etirazları ilə hakimiyyətdən düşürülən Hüsnü Mübarək komaya düşüb. «KƏLAMİNFO» «Cihan»a istinadən xəvər verir ki, bu barədə məlumatı Mübarəkin vəkili Fərid əl Deeb verib. Deeb Hüsnü Mübarəkin Şarm əl-Şeyx şəhərindəki xəstəxanada komaya düşdüyünü deyib: «Mənə xəbər gəldi ki, Hüsnü Mübarəkin səhhəti qəfildən pisləşib. İndi Şarm əl-Şeyxə gedirəm. Hal-hazırda bildiyim bir şey var ki, Mübarək komadadır».
|