Rusiya və Türkiyə prezidentləri Dmitri Medvedyev və Abdulla Gül arasında telefon danışığı olub. Danışıqlar zamanı Cənubi Qafqazada vəziyyət haqqında da fikir mübadiləsi aparılıb.
«KƏLAMİNFO»nun Kremlin mətbuat xidmətinə istinadən yaydığı məlumata əsasən bildirir ki, bu telefon zəngi Türkiyə tərəfinin təşəbbüsü ilə olub. Söhbət zamanı hər iki prezident yaxın perspektiv üçün ikitərəfli münasibətlərə dair planı müzakirə ediblər. Gül, həmçinin «Bulqariya» teploxodunda baş verən qəza ilə bağlı Medvedyevə başsağlığı verib
|