ABŞ dövlət katibi Hillari Klintonun ardınca prezident Barak Obama da Suriya prezidenti Bəşər əl-Əsədin “legitimliyini” itirdiyindən danışıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Barak Obama onun demokratik islahatlarla bağlı ümidləri puça çıxardığını deyib və istefa verməyə çağırıb. Obama bu barədə “CBS News”a müsahibəsində deyib.
Bir neçə gün əvvəl Bəşər əl-Əsədin tərəfdarları Dəməşqdə Fransa və ABŞ səfirliklərinə hücum edib. BMT-nin Təhlükəsizlik Şurası bu hərəkəti kəskin pisləyib.
|