ATƏT-in Minsk Qrupu həmsədrləri gələn həftə Bakıda olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib.
O, həmsədrlərin səfər tarixi dəqiq deyil. Səfir eyni zamanda Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünə də münasibət bildirib: “Danışıqlarda irəliləyiş var. Ümid edirik ki, regiona səfər edəcək həmsədrlər bu irəliləyişi davam etdirilməsinə nail olacaq”.
|