Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas məktəblərinə qəbul olmaq istəyən abituriyentlər üçün yeni vəsait nəşr edib.
Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2010-cu ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları olan vəsait Azərbaycan və rus dillərində nəşr edilib. Vəsaiti TQDK-nın qarşısındakı “Abituriyent” köşkündən almaq və ya onu www.abiturient.az saytından sifariş etmək olar.
|