Gələn həftə Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilə bilər. KƏLAMİNFO-un komissiyadan əldə etdiyi məlumata görə, iclasın keçiriləcəyi konkret vaxt hələlik məlum deyil.
İclasda müxtəlif növ müraciətlərə baxılacaq və araşdırılacaq.
Qeyd olunub ki, Əfvə kimlərin və nə qədər məhbusun salınacağı isə dövlət başçısının səlahiyyətinə aid məsələdir. Komissiya yalnız müraciətlərə baxır və onları araşdırır.
|