Oktyabrın 30-da Milli Kitabxanada Almaniyanın ölkəmizdəki səfirliyi ilə birgə “Lev Nussimbaum, Əsəd bəy, Qurban Səid: “Əli və Nino” əsərinin müəllifi kimdir?” adlı ədəbiyyat sərgisinin açılışı olacaq. Bu barədə məlumatı Milli Kitabxanadan veriblər.
Sərgidə Q.Səidin həyat və yaradıcılığını əks etdirən 70-dən çox foto şəkillər, arxiv materialları nümayiş ediləcək. Onun haqqında ümumi təsəvvür yaradan bu fotoşəkillər Tom Rays tərəfindən toplanıb.
Sərginin açılışından sonra almaniyalı mütəxəssis Q.Səid haqqında mühazirə oxuyacaq. Sərgi 10 gün davam edəcək.
|