NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay iyulun 5-6-da Bakıya səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, C.Appaturay səfər zamanı Azərbaycanın Xarici İşlər və Fövqəladə Hallar nazirliklərində eləcə də "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı" (İPAP) proqramının həyata keçirilməsində iştirak edən digər dövlət qurumlarında görüşlər keçirəcək.
Qeyd edək ki, bu C.Appaturayın NATO-nun xüsusi nümayəndəsi vəzifəsində Bakıya ilk səfəri olacaq.
|