Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda AR Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, AR Prokurorluğunun Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh olunmasına dair sorğusuna baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılıb.
Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 12-nə təyin edilmiş iclasında baxılacaq.
|