ABŞ prezidenti Barak Obama Ağ evdə Kolorado «Repids» futbol klubunun rəhbərliyini, məşqçiləri və futbolçuları qəbul edib. «KƏLAMİNFO» «Marca» nəşrinə istinadən xəbər verir ki, bu klub MLS-in çempionu titulunu qazanıb. Ölkə rəhbərinə futbolçulardan 10 nömrəli köynək hədiyyə olunub. Obama köynəyi alandan sonra özünü İspaniyanın Barselona futbol klubunun hücumçusu Lionel Messiya bənzədib. «Mən və Messi bir səviyyədəyik» - deyə prezident vurğulayıb.
|