“Google” kompaniyası «Facebook»la rəqabət apara biləcək yeni «Google Plus» sosial şəbəkəsini buraxmaq qərarına gəlib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, yeni «Google Plus»ün bir sıra üstün cəhətləri var. Belə ki, burada bütün əlaqələri ayrı-ayrı kontakt qruplarda birləşdirmək imkanı var.
Qeyd edilir ki, bu, «Facebook» üçün bir işarə kimi göstərilir. Belə ki, «Facebook» istifadəçilərin məlumat bazasının qorunması ilə bağlı daima qalmaqalların mərkəzinə düşüb.
|