Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iyunun 12-də keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini həyata keçirib. Dövlət başçısı iyunun 21-də axşam Misirə gəlib.
Səfərin rəsmi hissəsi bu günə nəzərdə tutulub. «KƏLAMİNFO» Türkiyə KİV-nə istinadən yaydığı məlumatda göstərib ki, Ərdoğanın Qahirəyə səfəri fevral ayına nəzərdə tutulmuşdu, lakin ölkədəki hadisələr bunu həyata keçirməyə imkan verməyib.
|