Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında telefon danışığı olub. “KƏLAMİNFO” xəbər verir ki, telefon danışığı zamanı tərəflər Rusiya-Azərbaycan münasibətlərinə dair aktual məsələləri müzakirə ediblər. Diplomatlar, həmçinin qarşılıqlı əməkdaşlığın inkişafı üçün birgə tədbirlər görülməsinin zəruriliyini vurğulayıblar.
|