Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Hərbi Akademiyasının (Kara Harp Akademisi) komandanı, general-leytenant Mətin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. “KƏLAMİNFO” xəbər verir ki, səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.
General M.Gürakın, həmçinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, hərbi məktəblər, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarda da görüşlər keçirəcəyi gözlənilir.
|