Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ilinin rus bölməsi abituriyentləri ilə bağlı elan verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə növbəti imtahan iyunun 26-da keçiriləcək. Abituriyentlər iyunun 20-dən etibarən “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytına daxil olaraq çap edə bilərlər.
|