Azərbaycanda Teatr mövsümünün başa çatması ilə əlaqədar Gənc Tamaşaçılar Teatrı da özünün 83-cü mövsümünü başa vurmağa hazırlaşır. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bölgələrə səfəri çərçivəsində iyulun 6-da Kürdəmir rayon Mədəniyyət evində M.F.Axundovun “Sərgüzəşti vəziri-xani Lənkəran” tamaşasını təqdim edəcək və bununla da mövsümü başa vuracaq.
Qeyd edək ki, mövsümü başa vuran teatr kollektivi 1 sentyabradək məzuniyyətə buraxılacaq.
|