Cari il ərzində Konstitusiya Məhkəməsinə məhkəmələr tərəfindən 15 müraciət daxil olub. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. Onun sözlərinə görə, il ərzində vətəndaşlar tərəfindən isə Konstitusiya Məhkəməsinə 800-ə yaxın müraciət edilib.
F.Abdullayev Konstitusiya Məhkəməsinin tövsiyələri əsasında Milli Məclisdə 8 qanuna dəyişiklik edildiyini söyləyib.
|